İlk seans filmin bir çox kadrlarının lentə alındığı İsmayıllıda gerçəkləşib
   
   Yazıçı-publisist Aqil Abbasın eyniadlı romanı əsasında rejissor Elxan Cəfərovun lentə aldığı “Dolu” bədii filminin paytaxtdakı “Nizami” Kino Mərkəzində təqdim olunandan sonra bölgələrdə də nümayişi başlanıb.
   
   Sentyabrın 8-də filmin yaradıcı heyəti ilk olaraq İsmayıllı sakinlərinin qonağı olub. Xatırladaq ki, “Dolu”nun bir çox kadrları bu rayonda çəkilib.
   Nümayişdən öncə "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov filmin uğurlu alınmasından danışıb və bildirib ki, Qarabağ döyüşlərini ekranlaşdırmaq xalqımızın vətənpərvərlik əzminin yüksəlməsinə böyük təkandır. Rejissor Elxan Cəfərov həm Bakıda, həm də İsmayıllıda tamaşaçıların “Dolu”ya böyük maraq göstərdiklərini qeyd edərək, hər kəsə minnətdarlığını bildirib. Tamaşaçılar filmdən riqqətə gəldiklərini uzun sürən alqışlarla ifadə ediblər.
   Nümayişdən sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov yaradıcı heyətlə görüşüb. O, ekran əsəri barədə xoş təəssüratlarını bölüşərək “Dolu”nu müasir Azərbaycan kinosunun nümunəsi adlandırıb. İcra başçısı belə filmlərin çəkilişinə hər kəsin dəstək verməli olduğunu deyib.
   Qeyd edək ki, “Dolu”nun İsmayıllıda aparılmış çəkilişlərdə yerli sakinlər də kütləvi səhnələrdə rol alıblar, rayon ictimaiyyəti əlindən gələn köməyi əsirgəməyib. Yaradıcı heyət filmin ilk nümayişini məhz buna görə onlara hədiyyə edib.
   Sentyabrın 12-də isə “Dolu” Şabran rayonunda kinosevərlərə təqdim olunacaq.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar