
"Böyük savaş ","A layihəsi”, “Bronksda savaş” və s. filmləri ona şöhrət qazandırır. Ceki Çanın çəkildiyi filmlər Şərq əlbəyaxa döyüş səhnələri ilə zəngindir. Çox vaxt Çanın döyüş fəndlərini özü etmədiyi deyilir. Aktyor isə tryuklarının çoxunu özü etdiyini, bəzən digər aktyorları əvəz etdiyini və zədələr aldığını söyləyir. 1986-cı ildə "Tanrının yaraqları" filminin çəkilişləri zamanı ağacdan yıxılarkən Çan kəllə sümüyünü zədələyib.
Ceki Çan son vaxtlar çəkildiyi bir sıra filmlərə özü quruluş verir. Cekinin özünün kaskadyor qrupu var. Aktyor qrupa özü təlim keçir. Təlimə görə, tələbə bir və ya iki il digər kaskadyorları müşahidə edir və ikinci dərəcəli işləri görür. Dünya kinosunun məşhur siması kimi Ceki çox varlı insandır. O öz xeyriyyə cəmiyyətini təsis edib və kasıb uşaqlara yardım edir.
Ceki Çan həm də müğənnidir. 1984-cü ildən başlayaraq onun ifasında 100-dən çox mahnının yer aldığı 20 disk işıq üzü görüb.