
Ə.Ərmağan 1953-cü ildə İstanbulda anadan olub. Nə uşaqlıqda, nə də yetkin çağlarında sənət təhsili görməyib. Yazı yazmağı və rəsm çəkməyi özü öyrənib. 6 yaşında qələm ilə kağız üzərində şəkil çəkməyə başlayıb. 18 yaşında isə artıq o, barmaqları ilə karton və kətan üzərində yağlı boya əsərlərini yaradırdı. Bu baxımdan kor rəssamın barmaqlarını onun həm gözləri, həm də fırçaları saymaq olar.
Dəfələrlə Türkiyənin yerli televiziyaları və eləcə də CNN, BBC kimi məşhur kanallar onun qeyri-adi bacarığı haqqında reportaj və filmlər hazırlayıblar. ABŞ-ın Harvard Universitetinin nevrologiya mütəxəssisləri Ə.Ərmağanın beyin funksiyasını öyrənərək bu düşüncəyə gəliblər ki, kor rəssam nəyə barmağıyla toxunursa, o anda beynində həmin əşyanın dərk olunması prosesi baş verir.
Hazırda Ankarada yaşayan Ə.Ərmağan özü kimi görmə qüsurlu bir xanımla evlidir.
S.Soltanlı