
Mərasimdə iştirak edən Azərbaycanın xalq artisti Rasim Balayev, Azərbaycan və İran dövlətləri arasında gələcəkdə mədəni əlaqələrin daha da inkişafı üçün müştərək mövzuda filmlərin işlənəcəyinə inandığını bildirib. Açılış mərasimindən sonra tamaşaçılar İran istehsalı olan "Boş əllər" filmini izlədilər. Əlavə edək ki, dünən İran Kino Günləri çərçivəsində əslən Cənubi Azərbaycandan olan məşhur rejissor Məcid Məcidinin "Sərçələrin nəğməsi" adlı filmi nümayiş etdirildi.