
“ÜNS” Yaradıcılıq Səhnəsi Azərbaycan Dövlət Musiqili Teatrında Roman Viktyuk Teatrının “Zamanların əvvəli və sonunda” tamaşasını təqdim edib. Əsərin müəllifi Ukraynanın ən istedadlı dramaturqlarından olan Pavel Ariyedir (Pavel Alekseyev). Bu ilin oktyabrında 80 illiyini qeyd edəcək maestro Roman Viktyuk əsər əsasında seyrçini dramatizmi ilə ovsunlayan tamaşa hazırlayıb.
“Zamanların əvvəli və sonunda” pyesi dünya miqyaslı faciədən - Çernobıl Atom Elektrik Stansiyasındakı (AES) partlayışdan bəhs edir. Bu, həyat və ölüm, sadə gün-güzəran yumoru və xalq hikməti, qaçaraq, təmənnasız, nəticəsi düşünülmədən göstərilən şücaət haqqında dramatik hekayətdir.
Çernobıl AES-də qəza bir çox insanların həyat tarixçələrinə qayıdış nöqtəsi oldu. Bu, zamanların sərhədi, heç vaxt uzanıb getməyəcək “əvvəl” və “sonra” arasındakı məqam barədə tamaşadır. Parlaq aktyor heyəti (Oleq İsayev, İqor Nevedrov, Lyudmila Poqorelova, Aleksandr Semyonov, Aleksandr Dzyuba) tamaşaçıları səhnədə baş verənlərə bir dəqiqə belə biganə qoymur.

Bütövlükdə, həyat yerində saymır və o hər yerdə mövcuddur - əvvəldə də, sonda da. Bu həyati həqiqət tamaşanın leytmotivinə çevrilir. İkisaatlıq hekayət tamaşaçı auditoriyasının sürəkli alqışları ilə qarşılandı.
Xatırladaq ki, iyunun 1-də Roman Viktyuk Teatrı Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Mixail Kuzminin “Çəkməli pişik” tamaşasını göstərib. İyunun 2-də isə “ÜNS” teatrında Roman Viktyukun yaradıcılıq gecəsi keçirilib.