Opera və Balet Teatrı məktəblilərin payız tətili günlərində kiçikyaşlı tamaşaçılar üçün maraqlı proqram hazırlayıb. 
Noyabrın 17-də uşaqlar bəstəkar Leonid Vayşteynin rejissor Ali Usubovun quruluşunda səhnəyə qoyduğu ikipərdəli “Zoluşka” operasını seyr edə biləcəklər. 
Noyabrın 18-də isə teatrda Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun xalq nağılının motivləri əsasında qələmə aldığı “Sehrli alma” baletinin tamaşası keçiriləcək. 
						













									




