
Festivalın təşkilatçısı olan Tarsus bələdiyyəsindən bildiriblər ki, martın 27-dən 31-dək davam edəcək teatr günlərində Naxçıvan Dövlət Musiqili Dram Teatrı görkəmli alman dramaturqu Qothold Efraim Lessinqin “Müdrik Natan” əsəri əsasında hazırlanmış tamaşanı təqdim edəcək. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Kamran Quliyevdir.
VI Türk Dünyası Teatr Günləri martın 27-də Türkiyə, Azərbaycan, İran, İraq və Şimali Kiprin teatr truppalarının Tarsusdakı Cümhuriyyət meydanında Mustafa Kamal Atatürkün abidəsinin önünə çələng qoyma mərasimi ilə başlayıb.