
Elman Rəfiyev «Maska» səhnə əsərinə gəlincə isə onu iki dəfə - martın 31-i və teatrların xahişi ilə aprelin 3-də təqdim etdiklərini bildirdi. Məhsuldar səfərdən zəngin təəssüratla ayrıldıqlarını deyən teatr rəhbəri belə görüşlərin əlaqələrin inkişafına təkan verdiyini dedi: «2002-ci ildən bəri tanıdığımız Hollandiyada yaşayıb-yaradan soydaşımız Şıxəli Yalçınərlə yenə də müştərək tamaşalar hazırlayıb nümayiş etdirdik. Festival ərzində «Etos buluşması» adı altında görüş-nümayişlər təşkil olunurdu. Bu buluşmalarda biz həm tamaşalarımızı oynadıq, həm də Bəxtiyar müəllimlə görüş təşkil edildi. Festivalda olduğumuz müddətdə Türkiyənin və digər ölkələrin teatr xadimlərindən çoxlu təkliflər aldıq».
Pantomimçilərin bakılı pərəstişkarları ilə yeni görüşünə gəlincə isə bu, aprelin 17-si və 18-də, «Mən və mən» tamaşasının premyerası ilə olacaq. Tamaşanın müəllifi, rejissoru və iştirakçısı teatrın aktyoru Ceyhun Dadaşovdur.