 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika rəsədxanasının yenidən qurulması haqqında sərəncam imzalayıb.
										
										   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika rəsədxanasının yenidən qurulması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Şamaxı Astrofizika rəsədxanasının maddi-texniki bazasının gücləndirilməsi, yenidənqurma və təmir-tikinti işlərinin davam etdirilməsi üçün 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3,0 (üç) milyon manat vəsait ayrılıb.
 
						













 
									




