Məşhur rusiyalı yumor ustası, Rusiyanın əməkdar artisti Yan Arlazorov uzun sürən xəstəlikdən sonra Almaniya xəstəxanalarından birində vəfat edib. Yumoristin ağır və sağalmaz xəstəliyə düçar olduğu barədə hələ 2007-ci ildə informasiya yayılıb. Sonradan onun mədə xərçəngindən əziyyət çəkdiyi açıqlanıb. Aktyor xəstə olmasından gec xəbər tutub. Alman həkimləri onu xilas etmək üçün 2 əməliyyat keçirsələr də, uğursuzluğa düçar olublar. Yan Arlazorov 1947-ci ilin avqustunda anadan oub. 30 ildən çox teatrda adi aktyor kimi çalışıb. 1990-cı illərdə estrada səhnəsinə çıxıb və yumoristik monoloqları ilə yadda qalıb.									