
"Güclü kitabxanalar, güclü cəmiyyətlər: demokratikləşmə və biliklərə giriş kitabxanalardandır" devizi altında keçirilən konfransın seminarlarında "Müasir digital kitabxanalar", "Biblioqrafiya müasir rəqəmləşən dövrdə", "Güclü kitabxana assosiasiyalarının qurulması", "Kitabxanalar: gənclər və uşaqlar üçün" və s. mövzularda müzakirə aparılır.
Konfrans çərçivəsində kitabxana-informasiya sahəsində yeni know-how texnologiyalarının və yeni nəşrlərin sərgisi də keçirilib.
Beynəlxalq konfrans bu gün, avqustun 17-də başa çatacaq.