Qax Rayon Dövlət Rəsm Qalereyası (Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi) və regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə Heydər Əliyev adına parkda “Mənim rəngli dünyam” adlı sərgi keçirilib.
Sərgidə Vaqif Əliyev adına 3 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Zənfira Muradovanın əl işləri nümayiş olunub.
Qax rayonu üzrə Gənclər və idman sektorunun aparıcı məsləhətçisi Aytən Murquzova və Qax Rayon Dövlət Rəsm Qalereyasının müdiri Səbinə Əfəndiyeva sərginin əhəmiyyətindən, gənclərin yaradıcılıq potensialının dəstəklənməsinin və onların incəsənətə marağının artırılmasının vacibliyindən söz açıblar.
Sonra qonaqlar yeniyetmə rəssamın çəkdiyi rəsmlərə baxıblar.
Sərginin keçirilməsində əsas məqsəd gənclərin yaradıcılıq və estetik bacarıqlarının inkişaf etdirilməsi, onların incəsənətə marağının artırılması, istedadlı gənclərin üzə çıxarılması və yaradıcılıq fəaliyyətlərinin dəstəklənməsidir.























