Naxçıvan Muxtar Respublikası (MR) Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərin yeni eksponatlarla zənginləşdirilməsi və muzey xidmətinin yüksək səviyyədə təşkili məqsədilə görülən işlərin nəticəsi olaraq 2026-cı ilin avqust ayında muzey fondlarına 185 yeni eksponat daxil olub.

Bu barədə nazirlikdən məlumat verilib.

Naxçıvan MR Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən muxtar respublika ərazisində AMEA Naxçıvan Bölməsinin alim və tədqiqatçıları tərəfindən aparılmış arxeoloji qazıntılar zamanı tapılan 213 maddi-mədəniyyət nümunəsi də avqust ayı ərzində muzeylərə təqdim edilib.