Azərbaycan mədəniyyətinə itki üz verib. Tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Amin Novruzov sentyabrın 5-də, ömrünün 79-cu ilində vəfat edib.
Amin Novruzəli oğlu Novruzov 7 oktyabr 1947-ci ildə Bakıda anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsində V. Yusovun emalatxanasında təhsil (1978-1983) alıb.
1983-cü ildən "Azərbaycanfilm" kinostudiyasında operator kimi fəaliyyət göstərib. “Cin mikrorayonda”, “Bəxt üzüyü”, “Özgə vaxt”, “Arxada qalmış gələcək”, “Yalan” və digər bədii filmlərin quruluşçu operatoru olub. Onun filmoqrafiyasına həmçinin sənədli və qısametrajlı ekran əsərləri daxildir.
Amin Novruzov Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin.





















