Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu Naxçıvanda keçiriləcək.
Adil Kərimli sentyabrın 24-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində (Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 1) Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından vətəndaşları qəbul edəcək.
Vətəndaşlar sentyabrın 18-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.



















