Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq, publisist Seyfəddin Dağlının (1921–1983) anadan olmasının 105 illiyi münasibətilə “Mətbuatdan gümüş ekrana uzanan yaradıcılıq yolu” adlı təqdimat və “Sözün hikmətinə dəyər verən sənətkar” adlı biblioqrafik icmal hazırlanıb.

Kitabxanadan bildirilib ki, təqdimatda Seyfəddin Dağlının həyat və yaradıcılıq yolu, ədəbi fəaliyyəti, jurnalistika sahəsindəki xidmətləri, yaradıcılığının əsas istiqamətləri, əsərləri və Azərbaycan ədəbiyyatındakı mövqeyi haqqında ətraflı məlumat yer alıb.

Kitabxananın saytında (https://ryl.az/electronic-services/AI_kitab_teqdimatlari) yerləşdirilən təqdimatın süni intellekt texnologiyaları vasitəsilə hazırlanması Seyfəddin Dağlının zəngin yaradıcılıq irsinin gənc nəslə daha müasir, maraqlı və vizual formada çatdırılmasına imkan yaradır.

Materialda Qafar Əsgərzadənin “Sözün hikmətinə dəyər verən sənətkar”, Flora Xəlilzadənin “Ustad və cəsarətli sənətkar”, Tahir Abbaslının “Seyfəddin Dağlı - fizio-ideoloji surəti, şəxsiyyəti, özünə (və hamıya) məxsusluğu ilə seçilmiş obraz...”, Zöhrə Fərəcovanın “Nə yazıbsa, doğrunu yazıb” adlı məqalələrin tam mətni təqdim edilir.

Vəsaitdə Seyfəddin Dağlının müəllifi olduğu kitabların biblioqrafik icmalı və dövri mətbuat nümunələrinin siyahısı da verilib. Biblioqrafik icmal kitabxananın saytında (https://ryl.az/funds/biblioqrafik-icmal) yerləşdirilib.