Mədəniyyət Nazirliyinin və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə qeyd edilən 26 avqust – Laçın Şəhəri Günü çərçivəsində konsert proqramı olub.

Həkəri çayının sahilində qurulmuş səhnədə təqdim olunan konsert proqramını "Şəhər günü"nün qonaqları və doğma yurdlarına qayıdan laçınlılar maraqla izləyiblər.

Tanınmış incəsənət nümayəndələrinin ifasında “Qarabağ”, “Mənim Azərbaycanım”, “Sən qalibsən”, “Laçın”, “Ey, Vətən” və digər mahnılar səsləndirilib.

Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının təqdimatında milli rəqs nümunələri də alqışlarla qarşılanıb.