Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan xalçaçılıq sənətinin öyrənilməsi və təbliğində müstəsna xidmətləri olmuş görkəmli sənətşünas-alim, Xalq rəssamı Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan bildirilib ki, elektron bazada Lətif Kərimovun həyat və fəaliyyətini əhatə edən müxtəlif istiqamətlər üzrə məlumatlar toplanıb.

Bazada sənətkarın həyat yolu, yaradıcılıq fəaliyyəti, elmi irsi, xalçaçılıq sahəsindəki araşdırmaları haqqında qələmə alınan “Xalçaçılıq sənətimizin Lətif Kərimov zirvəsi”, “Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi”, “Naxışlarda əbədiləşən rəssam ömrü” kimi məqalələrin tam mətni yer alır.

Məlumat bazasında “Xatirəsinin əbədiləşdirilməsi”, “Virtual sərgi”, “Filmoqrafiya”, “Foto və videoqalereya” bölmələri də mövcuddur.

Elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.