Azərbaycan Turizm Bürosu yerli turizm sənayesi nümayəndələri üçün ölkənin şimal-qərb regionuna infotur təşkil edib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, Şəki, Zaqatala və Qax rayonlarını əhatə edən infoturun əsas məqsədi regionun turizm imkanları, mədəni-tarixi irsi, təbii turizm potensialı, yerli turizm obyektləri və müxtəlif turizm məhsulları barədə yerli turizm sənayesi nümayəndələrini məlumatlandırmaq olub.

Əlliyə yaxın sənaye nümayəndəsinin iştirak etdiyi infoturda regionun turizm imkanlarının daxili və beynəlxalq təbliğatını aparmaq, turistik səfərlərin təşkil edilməsi və bu sahədə əməkdaşlığın genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.