Yayım Assosiasiyası və Bakı Şəhəri Mədəniyyət Baş İdarəsi Nəsimi rayon MKS-in birgə təşkilatçılığı ilə şair Samir Əfsəroğlunun oxucularla görüşü keçirilib.
Görüşdə oxucular, rayon kitabxanalarının oxu şöbələrinin əməkdaşları və ziyalılar iştirak ediblər.
Giriş sözündə qonaqları salamlayan Nəsimi rayon MKS-in direktoru Nəsibə Mehdiyeva tədbirin təşkilinə görə Yayım Assosiasiyasının rəhbəri Yaşar Zeynalova minnətdarlığını bildirib.
Yaşar Zeynalov rəhbərlik etdiyi təşkilatın məramı və fəaliyyəti haqqında məlumat verib, kitabxanalarla birgə keçirdikləri belə silsilə tədbirlərin əhəmiyyətindən danışıb.
Samir Əfsəroğlu yaradıcılığından söz açıb, Vətən, ana, şəhidlərimiz və s. mövzularda qələmə aldığı yeni şeirlərini səsləndirib, oxucuların maraqlandıran sualları cavablandırıb.
Görüşdə qonaq qismində iştirak edən bəstəkar Ruslan Səfəroğlu, yazıçı Sevinc Rza şairin yaradıcılığı haqqında fikirlərini bölüşüblər.
Nəsimi rayon MKS-in 3 saylı kitabxana filialının direktoru Dilşad Məmmədova, kitabxanaçı Pərvin Mehdiyeva və digər iştirakçılar Samir Əfsəroğluna suallar verib, onun qələmə aldığı şeirlərdən nümunələr söyləyiblər.























