Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Beyləqan rayon Mədəniyyət Mərkəzində Ağdam Dövlət Dram Teatrının yaradıcı kollektivi tərəfindən yazıçı-dramaturq Əli Əmirlinin “Kişi və qadın” komediyası nümayiş olunub.
Tamaşada müasir ailədaxili problemlər, insan xarakterinin psixoloji çalarları və zamanla dəyişən münasibətlərin yaratdığı mənəvi uzaqlaşmalar maraqlı səhnə dili ilə əks etdirilib. Uzun illər birgə həyat sürən, lakin zaman keçdikcə bir-birinə yadlaşan ər və arvadın həyatından bəhs edən səhnə əsəri komediya janrına uyğun olaraq həm gülüş, həm də düşündürücü məqamlarla yadda qalıb.
Tamaşanın quruluşçu rejissoru Kərim Həsənov, quruluşçu rəssamı Qönçə Həzizadə, musiqi operatoru Elşən Cəfərov, rejissor assistenti Ceyhun Yusifovdur.
Rolları Kərim Həsənov, Xəyalə Xudadatova, Ramil Hüseynzadə, Zərifə Ağayeva, Ülviyyə Qasımova və Mahir Xəlilov ifa ediblər.
Səhnə əsəri dinamik quruluşu, aktyor oyunu və emosional təsir gücü ilə rayon sakinləri və sənətsevərlərdə xoş təəssürat yaradıb, alqışlarla başa çatıb.

























