Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Nağılılar aləminə səyahət” adlı konsert təşkil edilib.
Uşaq Filarmoniyasından verilən məlumata görə, musiqili-poetik tədbir beynəlxalq və milli müsabiqələr laureatı, caz və estrada vokalisti, Georgi Şaroyev adına 35 nömrəli musiqi məktəbinin fortepiano müəllimi Günel Hacıyeva və müəllim, “Gənc şairlər” uşaq ədəbi layihəsinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Yazıçılar Təşkilatının (WOW) üzvü Lalə Həsənova tərəfindən təşkil olunub.
Konsert proqramında otuz beş istedadlı uşaq iştirak edib. Onlar tamaşaçılar qarşısında nağıl və cizgi filmi personajlarına bənzər parlaq geyimlərdə çıxış ediblər.
Tədbirin sonunda bütün iştirakçılara konsert proqramında fəal iştiraklarına görə təşəkkürnamələr təqdim edilib.
Lalə Həsənova və Günel Hacıyeva layihəyə verdiyi dəstəyə görə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağı-zadəyə səmimi minnətdarlıqlarını bildiriblər.





















