5-7 iyun tarixlərində Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri Aşqabad şəhərində Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti ilə başa çatıb.

Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin Muğamlar Sarayında təqdim olunan konserti qardaş ölkənin rəsmiləri, Azərbaycan Mədəniyyət Nazirliyinin məsul əməkdaşları, iki ölkənin mədəniyyət və ictimaiyyət nümayəndələri izləyiblər.

Proqram milli xoreoqrafiya sənətinin incisi sayılan "Mənim Azərbaycanım" süitası ilə başlanıb.

Sonra "Qavalla rəqs", "Nağaralarla rəqs", "Toy", "Qazaxı", "Halay", "Naz eləmə", "Tərəkəmə", "Uzundərə", "Ağ çiçəyim", "Çayçı", "Bahar" və "Qaytağı" rəqslərimiz ansamblın ifasında yüksək şövqlə təqdim olunub.

Bütün nömrələr tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.