İyunun 5-də Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlanır.

Mədəniyyət Nazirliyindən bildirilib ki, üç gün davam edəcək tədbirlər çərçivəsində ölkənin Arkadağ və Aşqabad şəhərlərinin sakinləri Azərbaycanın zəngin mədəni irsi, musiqi sənəti və yaradıcı ənənələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Proqramda konsertlər, sərgilər və müxtəlif mədəni tədbirlər nəzərdə tutulur. Bu layihə iki qardaş ölkə arasında humanitar əlaqələrin daha da möhkəmləndirilməsinə, eləcə də mədəni dialoqun genişlənməsinə xidmət edir.

İki ölkə rtəhbərliyinin siyasi iradəsi nəticəsində münasibətlər bütün istiqamətlər üzrə inkişaf edir. Azərbaycan Mədəniyyəti Günləri də bu əməkdaşlığın humanitar və mədəni sahədə növbəti əhəmiyyətli təzahürüdür.

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri xalqlarımız arasında qarşılıqlı anlaşmanın, mədəni yaxınlığın və mənəvi bağların daha da güclənməsinə töhfə verəcək.