İyunun 3-də Azərbaycan Turizm Bürosu 10 yerli turizm sənayesi nümayəndəsi ilə birlikdə Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Mübadilə və Əməkdaşlıq Bürosu və Dünya Turizm Təşkilatları Alyansı tərəfindən təşkil olunan “Çin-Azərbaycan Turizm Dialoqu” tədbirində iştirak edib.
Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.
Tədbirdə hər iki ölkənin dövlət və özəl turizm qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların rəsmiləri və turizm sənayesinin aparıcı ekspertləri iştirak ediblər.
Qeyd edək ki, mayın 29-da Çin turizm sənayesi ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın turizm məhsulları və unikal turizm imkanları barədə məlumatlılığın artırılması, eləcə də ölkəmizin Çin bazarında tanıtım fəaliyyətlərinin gücləndirilməsi məqsədilə Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin açılışı olub.
2026-cı ilin yanvar-aprel aylarında Çindən Azərbaycana səfər edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 % artaraq 14 303 nəfər təşkil edib.























