Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli iyunun 19-da Şuşa şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.

Nazirlikdən bildirilib ki, görüşün keçirilmə saatı və məkan barədə əlavə məlumat veriləcək.

Vətəndaşlar iyunun 15-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.