AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə institutun Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin baş mütəxəssisi Zərifə Haqverdiyevanın müəllifi olduğu “İrəvan – qəlbimdə yaşayan yurdum” kitabı nəşr olunub.
İnstitutdan bildirilib ki, kitabda qədim Azərbaycan şəhəri İrəvanın tarixinə nəzər salınıb, bu şəhərdə baş verən hadisələr haqqında qısa məlumat verilib.
Z.Haqverdiyevanın uşaqlıq illərinə dair xatirələrinin yer aldığı kitabda müəllifin babası – İrəvanın tanınmış bəylərindən olmuş, xeyriyyəçi əməlləri ilə hər kəsin rəğbətini qazanmış Məşhədi Teymur və onun ailəsinin keçdiyi ağır həyat yolu işıqlandırılıb.
Nəşrin redaktoru fil.e.d., professor Raqub Kərimov, rəyçiləri tarix e.d., dosent Tahirə Həsənzadə və fil.ü.f.d. Tünzalə Seyfullayevadır.



















