SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert proqramı təşkil edilib.

Tədbirə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva və Alyona Əliyeva da qatılıblar.

Mərkəzin gənc istedadlarının ifasında vokal nümunələr, "Cəngi", "Yallı" və digər rəqslər təqdim edilb.

Zəngin proqram uşaqların musiqi və rəqs sənətinə gətirdiyi yeni nəfəsin, bədii yaradıcılığa böyük maraq və rəğbətin göstəricisidir.