Mayın 20-də Xalq şairi, yazıçı, publisist, ictimai-siyasi xadim Sabir Rüstəmxanlının 80 yaşı tamam olur.
Milli Kitabxanada yubilyara həsr olunmuş “Xalq şairi Sabir Rüstəmxanlı” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan bildirilib ki, sərgidə şairin şeirləri, romanları, poemaları, tərcümələri,eləcə də həyat və yaradıcılıq yolu haqqında Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuat materialları nümayiş olunur.
***
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ictimai-siyasi xadim, Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə zəngin məzmunlu elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.
Kitabxanadan bildirilib ki, elektron məlumat bazası görkəmli şairin çoxşaxəli yaradıcılığının, ictimai-siyasi fəaliyyətinin və Azərbaycan ədəbiyyatına verdiyi töhfələrin geniş şəkildə təqdim olunması məqsədilə hazırlanıb. Resursda şairin həyat və fəaliyyətini əhatə edən müxtəlif bölmələr sistemli şəkildə toplanıb.





















