Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki 34 nömrəli Uşaq musiqi məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş "40 il – Musiqi, uğur" adlı konsert keçirilib.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təşkil olunan tədbirdə rəsmilər, mədəniyyət işciləri, musiqisevərlər iştirak ediblər.
Aparıcı qonaqları salamlayaraq bildirib ki, musiqi məktəbi qırx illik fəaliyyəti ərzində təkcə musiqi öyrədən bir məktəb deyil, minlərlə uşağın arzularına yol açan, onların istadadını üzə çıxaran, sənətə və mədəniyyətə sevgi aşılayan bir sənət məbədi olub.
Konsertdə məktəbin orkestr və xor kollektivləri, şagirdləri Azərbaycan və əcnəbi bəstəkarlarının əsərlərini məharətlə ifa ediblər.
























