Naxçıvan Dövlət Universitetinin (NDU) Beynəlxalq Kembric məktəbində Almaniya mərkəzli beynəlxalq Eynşteyn Olimpiadasının ilk mərhələsi keçirilib.
Bu barədə NDU-dan məlumat verilib.
Olimpiadada muxtar respublikanın ümumtəhsil məktəblərindən 60-a yaxın şagird iştirak edib.
İştirakçılar əvvəlcə riyaziyyat fənni üzrə məntiqi düşünmə, analiz və problem həll etmə bacarıqlarını, sonra isə “Science” fənni üzrə biliklərini sınayaraq elmi dünyagörüşü və praktik düşüncə qabiliyyətlərini nümayiş etdiriblər.
Olimpiadanın əsas məqsədi şagirdlərin elmə marağını artırmaq, onların məntiqi və analitik düşünmə bacarıqlarını inkişaf etdirmək, eyni zamanda beynəlxalq təcrübəyə inteqrasiyasını dəstəkləməkdir.






















