14–23 may tarixlərində Qətərin paytaxtında keçirilən 35-ci Doha Beynəlxalq Kitab Sərgisində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz də təmsil olunur.
Milli stenddə Azərbaycanın tarixini, mədəniyyətini, ədəbiyyatını və müasir inkişafını əks etdirən 200-ə yaxın nəşr nümayiş etdirilir.
Azərbaycan nümayəndə heyətinin tərkibində sərgiyə qatılan “Zərdabi Nəşr”, “İpəkyolu”, “Roller bird” nəşriyyatlarının təmsilçiləri ərəb ölkələrinin nəşriyyat və kitab yayımı mərkəzləri ilə işgüzar görüşlər keçirərək əməkdaşlıq imkanlarını müzakirə edir.
Qeyd edək ki, 35-ci Doha Beynəlxalq Kitab Sərgisinə 40 ölkədən 500-ə yaxın nəşriyyat qatılıb.























