Böyük söz ustadı, Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun (1906-1956) 120 illik yubileyi münasibətilə şairin Bakıdakı ev-muzeyində daha bir musiqi axşamı təşkil edilib.

Bu dəfə muzeydə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin “Konsertmeyster ustalığı” sinfi üzrə müəllim və şagirdlərinin konserti keçirilib.

Ev-muzeyindən bildirilib ki, konsertdə məktəbin “Konsertmeyster ustalığı” sinfinin müdiri Əməkdar müəllim Ülviyyə Manafovanın şagirdlərinin (Xədicə Cahangirova, Ayaz Salahov, Zeynəb Əlizadə, Uğur Nəbi, Ayan Məmmədzadə, Sübhan Rəhman) ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Xalq artisti Gülnaz İsmayılova (vokal), Əməkdar artist Nərgiz Kərimova (vokal) və beynəlxalq müsabiqələr laureatı Ümidə Abasovanın (violin) ifaları da musiqi axşamına rəng qatıb.