AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Prezident Kitabxanasına 7 adda 10 nüsxə kitab və 2 nüsxə jurnal hədiyyə edib.

Bu barədə institutdan məlumat verilib.

Hədiyyə olunan nəşrlər Azərbaycan klassik ədəbiyyatının mətn ənənəsini, əlyazma irsinin öyrənilməsi istiqamətlərini, orta əsr mətnşünaslığının problemlərini və milli mədəniyyət tarixinin müxtəlif qatlarını əhatə edir. Onların sırasında klassik əsərlərin elmi-tənqidi mətnləri, “Molla Nəsrəddin” ədəbi mühiti ilə bağlı araşdırmalar, elmi-nəzəri konfrans materialları və ixtisaslaşmış jurnal yer alır.

Nəşrlər mənbəşünaslıq və mətnşünaslıq sahəsində aparılan tədqiqatların əsas istiqamətlərini əks etdirir.

Prezident Kitabxanasından bildirilib ki, hədiyyə edilən nəşrlər kitabxana fondunun məzmununu genişləndirir. Bu nəşrlər klassik ədəbi irsin öyrənilməsi və əlyazma mədəniyyətinə dair araşdırmalar üçün etibarlı mənbədir.