F.Köçərli adına Respublika Uşaq Kitabxanasında növbəti “Müəllif saatı” təşkil olunub. Aprelin 16-da layihə çərçivəsində yazıçı Gülzar İbrahimova ilə paytaxtdakı “İdrak” liseyinin 3-cü sinif şagirdlərinin görüşü keçirilib.

Gülzar İbrahimova şagirdlərlə səmimi söhbət aparıb, nağıllar oxuyub, uşaqların suallarını cavablandırıb və mütaliənin əhəmiyyətindən danışıb.

Yazıçı “Sirus və virus” adlı kitabından hekayələri şagirdlərin diqqətinə çatdırıb.

Tədbirin sonunda sual-cavabda fəal iştirak edən uşaqlara “Sehrli dünya” jurnalının diplomu təqdim edilib.

Şagirdlər kitabxana ilə tanış olub, fonda daxil olan yeni uşaq nəşrlərə baxıblar.

Görüşün əsas məqsədi uşaqların mütaliəyə marağını artırmaq, onları kitabxana mühitinə daha yaxından cəlb etmək və yazıçı ilə oxucular arasında canlı ünsiyyət üçün şərait yaratmaqdır.