Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax rayonu üzrə müəssisələrinin iştirakı ilə “Mədəniyyət mənəviyyatımızın aynasıdır” adlı ədəbi-bədii tədbir keçirilib.

15 aprel – Dünya İncəsənət Gününə həsr olunmuş tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, şəhər sakinləri iştirak ediblər.

Yevlax şəhər Yaradıcılıq Evində təşkil olunan tədbirdə əlamətdar günün əhəmiyyəti qeyd olunub, milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsində incəsənət və mədəniyyətin rolu vurğulanıb. Bildirilib ki, mədəniyyət xalqın kimliyini, tarixini və mənəviyyatını özündə əks etdirən əsas amillərdən biridir.

Tədbirin bədii hissəsində mədəniyyət müəssisələrinin təqdimatında konsert olub.

Proqramda milli musiqi və rəqs nömrələri və ədəbi-bədii kompozisiyalar təqdim edilib. Sənətsevərlər tərəfindən rəğbətlə izlənilən “Hicran” tamaşasından parça nümayiş olunub.

Sonda səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup mədəniyyət işçisi təltif olunub.