Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmış “Koha: Avtomatlaşdırılmış kitabxana idarəetmə sistemi” adlı təkmilləşdirilmiş təlimat – metodik vəsait onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Milli Kitabxananın yaydığı məlumatda bildirilir ki, vəsaitdə Koha proqramının – Avtomatlaşdırılmış kitabxana idarəetmə sisteminin (AKİS) texniki funksiyaları, modulları, ayrı-ayrı bölmələri haqqında ətraflı bəhs edilir.
Qeyd edək ki, Milli Kitabxana tərəfindən Koha AKİS-də həyata keçirilmiş yeniliklər və təkmilləşdirmələr nəzərə alınmaqla mütəmadi olaraq Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalarla onlayn görüş və təlimlər keçirilir.
Təlimatla https://anl.az/down/nesrler2026/koha2026.pdf linkində tanış olmaq olar.


















