İrəvan Dövlət Azərbaycan Dram Teatrında Vilyam Şekspirin “Romeo və Cülyetta” əsəri əsasında eyniadlı tamaşanın məşqləri başlanıb.

Teatrdan verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru, səhnə və musiqi tərtibatçısı Əməkdar artist Nofəl Vəliyevdir.

Rəqslərin quruluşu Nigar Şahmuradova, döyüş səhnələrinin quruluşu Elnur İsmayılov tərəfindən həyata keçiriləcək.

Səhnə əsərində İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları ilə yanaşı Mədəniyyət və İncəsənət Universitetinin tələbə və məzunları da rol alıblar.

Tamaşada Rəşad Dadaşov (Romeo), Nəzrin Zeynalova, Pərvin Dadaşova (Cülyetta), Natiq Həziyev, Ramil Məmmədov (Eskаl), Zəki Fətəliyev, Əli Sərdarov (Paris), Niyaməddin Səfərliyev, Cavid Babayev (Montekki, Lorenso), Bəhruz Hikmətli, Rövşən Cəfərov (Kapuleti), Atilla İbrahimli, Samir Əliyev (Merkusio, Tibalt), Anar Həşimov (Baltazar, Ağ, qara, qırmızı), Əmrulla Nurullayev (Əczaçı), Ramila Abasova, Elnarə Heydərova (Ledi Montekki), Güney Əliyeva, Sevinc Bəxtiyar-Hüseynova  (Ledi Kapuletti, Qırmızı paltarlı), Xədicə Məmmədova, Müdvər Nemətova (Dayə, Qara paltarlı), Pərvin Dadaşova, Nəzrin Zeynalova (Ağ paltarlı) iştirak edirlər.

Qeyd edək ki, Şekspirin dünya səhnələrini fəth etmiş məşhur əsərinə Azərbaycan teatrlarında da müxtəlif vaxtlarda quruluş verilib. Hazırda “Romeo və Cülyetta” Gənc Tamaşaçılar Teatrının repertuarındadır. Pantomima teatrında da əsər əsasında tamaşa hazırlanıb.