Mədəniyyət Nazirliyi Aparatının yeni strukturu 13 şöbə və 5 sektordan ibarətdir. Bu barədə nazirlik məlumat yayıb.
Aparılan struktur dəyişikliklərindən sonra Strateji inkişaf və kommunikasiya, Tədbirlər və incəsənət layihələrinin idarə edilməsi adlı iki yeni şöbə, həmçinin Maliyyə monitorinqi və auditi adlı yeni sektor yaradılıb.
Aparatda İncəsənət siyasəti, Tədbirlər və incəsənət layihələrinin idarə edilməsi, Azərbaycan dili və ədəbiyyat siyasəti, Beynəlxalq əməkdaşlıq, Yaradıcı sənayelər və rəqəmsal inkişaf, Strateji inkişaf və kommunikasiya, Regional əlaqələndirmə, İnsan kapitalının idarə edilməsi, İqtisadiyyat və maliyyə, Hüquq, Daxili nəzarət, Sənəd və vətəndaşlarla iş, Təchizat və əmlak şöbələri formalaşdırılıb.
Bundan başqa, yeni strukturda Kino sənayesi, Maliyyə monitorinqi və auditi, Elm və təhsil, Media ilə iş və Protokol xidməti sektorları var.
Xatırladaq ki, “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında nəzərdə tutulmuş hədəflərə nail olunması və Konsepsiya üzrə tapşırıqların icrasının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət sahəsində idarəetmənin təkmilləşdirilməsi həyata keçirilir.
İdarəetmədə səmərəliliyinin artırılması, mədəniyyət sahələrində idarəetmənin tənzimlənməsi məqsədilə ilk mərhələdə Mədəniyyət Nazirliyinin aparatında struktur təkmilləşdirilməsi həyata keçirilib, şöbə və bölmələrin fəaliyyəti optimallaşdırılıb.
Mədəniyyət Nazirliyi Aparatının yeni strukturu bu linkdə.



















