Aprelin 2-də Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Aprel döyüşlərindən Vətən müharibəsinə aparan yol” mövzusunda seminar keçirilib.
Bu barədə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi məlumat yayıb.
Heydər Əliyev Mərkəzi, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli filialı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbələri, Kəlbəcər rayon 109 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlarda Aprel döyüşlərinin (2016) Azərbaycan hərb tarixində mühüm qəhrəmanlıq səhifəsi olduğu vurğulanıb, şəhidlərin xatirəsi ehtiramla yad edilib. Qeyd olunub ki, bu döyüşlər xalqımızın birlik və qələbə əzmini nümayiş etdirərək Vətən müharibəsinə gedən yolun başlanğıcı kimi tarixə düşüb.
Vurğulanıb ki, Aprel döyüşləri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır və bu qəhrəmanlıq ənənəsi gələcək nəsillərə ötürülməlidir.






















