Tarixdəki olaylar
31 mart Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin həmin günü erməni silahlı dəstələrinin Bakıda azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğınlar dəhşətli həddə çatıb. Qırğınlar Qarabağın kəndlərində, Şuşada, eləcə də aprel-may aylarında Şamaxıda, Qubada, Lənkəranda, Gəncəbasarda və başqa bölgələrdə davam edib, ümumilikdə 30 mindən çox müsəlman-türk, habelə digər millətlərdən olanlar – ləzgilər, talışlar və s. qətlə yetirilib.
Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli 690 nömrəli Fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
31 mart 1732 – Avstriya bəstəkarı Frans Yozef Haydn (Franz Joseph Haydn; 1732 – 31.5.1809) anadan olub. Simfoniyaların, opera, sonata, oratoriya və s. əsərlərin müəllifidir.
31 mart 1861 – Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, bənzərsiz muğam ifaçısı, Xalq artisti Cabbar Qaryağdıoğlu (1861 – 20.4.1944) Şuşada doğulub. 1906-1912-ci illərdə Kiyev, Moskva və Varşavada ilk azərbaycanlı xanəndə olaraq ifası qrammofon valına yazılıb.
31 mart 1914 – Meksika şairi, kulturoloq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1990) Oktavio Pas (Octavio Paz; 1914 – 19.4.1998) anadan olub.
31 mart 1926 – İngilis yazıçısı, postmodernizmin tanınmış nümayəndəsi Con Faulz (John Fowles; 1926 – 5.11.2005) anadan olub.
31 mart 1934 – Amerikalı aktyor, üç dəfə “Qızıl qlobus” mükafatçısı Riçard Çemberlen (1934 – 29.3.2025) anadan olub.
31 mart 1936 – Xalq artisti, bəstəkar Rafiq Fərzi oğlu Babayev (1936 – 19.3.1994) anadan olub. “Cəngi” folklor-caz kollektivinin yaradıcısı olub. Filmlərə (“Anlamaq istəyirəm”, “Cin mikrorayonda”) musiqi bəstələyib.
31 mart 1948 – Əməkdar rəssam İsmayıl Əsəd oğlu Məmmədov (1948 – 12.12.2016) anadan olub. Akademik Milli Dram, Musiqili Komediya teatrlarında quruluşçu rəssam işləyib.
Hazırladı: Vüqar Orxan























