Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı aprel ayı üzrə repertuarını açıqlayıb.
Repertuarda üç yeni səhnə əsəri yer alıb.
Aprelin 3-də İ.Tosovanın “Polkovnikə məktub” tamaşasının nümayişi nəzərdə tutulub.
25 apreldə uşaqlar üçün P.Treversin “Meri Poppins” tamaşası göstəriləcək. Həmin gün daha bir yeni tamaşanın – M.F.Axundzadənin “Hacı Qara” komediyasının nümayişi planlaşdırılır.
Bundan əlavə, teatrın repertuarına iki ay əvvəl daxil olan M.İbrahimbəyovun “Neft bumu hamıya gülümsəyir” tamaşası da növbəti dəfə göstəriləcək.





















