Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialı və Gəncə Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə martın 19-da Novruz bayramı münasibətilə tədbir keçirilib.
“Novruzum, yazım mənim, yazım baharım mənim” adlı tədbirdə şəhid ailələri, ziyalılar, rəssamlar və şəhər ictimaiyyəti iştirak edib.
Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra istedadlı uşaqların ifasında səhnəciklər, milli rəqslər və Novruz bayramına həsr olunmuş musiqi nömrələri təqdim olunub.
Tədbir yüksək əhval-ruhiyyə ilə başa çatıb.























