Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə martın 17-də Novruz bayramı münasibətilə tədbir keçirilib.

Heydər Əliyev meydanında təşkil olunan tədbirdə rayon rəhbərliyi, digər rəsmilər, şəhid ailələri, müharibə veteranları, ictimaiyyət nümayəndələri və qonaqlar iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan bayram şənliyində milli adət-ənənələri əks etdirən çıxışlar olub, xalq sənətkarlığı və milli mətbəx nümunələri sərgilənib.

Tədbir musiqi nömrələri, rəqslər və əyləncəli proqramla başa çatıb.