Martın 20-dən Şəki Dövlət Dram Teatrında Novruz bayramı münasibətilə məktəblilər və kiçikyaşlı uşaqlar üçün Xanımana Əlibəylinin “Dovşanın ad günü” nağıl-pyesi əsasında hazırlanan eyniadlı tamaşanın nümayişi başlanıb.

Teatrın repertuar və dramaturgiya üzrə mütəxəssisi Lalə Məmmədovanınn bildirdiyinə görə, nağıl-tamaşa, gün ərzində üç seans olmaqla, martın 29-dək göstəriləcək.

Dovşan və dostlarının onlara qarşı çıxan mənfi qüvvələri məğlub etməsindən bəhs edən səhnə əsərinin əsas ideyası dostluq və birlikdir.

Tamaşanın quruluşçu rejissoru və xoreoqrafı Elvin Nuri, quruluşçu və geyim üzrə rəssamı Dilşad Şirinova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.

Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Rəşad Rüstəmov, Qurban Rəsulov, Pərviz İsmayılov, Gülxar İmamhüseynova, Aytac İsmayılzadə, Pərviz Soltanlı, Günay Novruzəliyeva və digərləri ifa edirlər.

T