Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində “Bahar sevinci” adlı konsert keçirilib.
Şüvəlan qəsəbə Mədəniyyət evi və Xətai rayon Mədəniyyət Mərkəzinin birgə təqdim etdiyi Novruz bayramına həsr olunmuş konsertdə “Səma” rəqs ansamblı çıxış edib.
Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, 14 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə millət vəkili Günay Əfəndiyeva, Baş İdarənin rəisi İbrahim Əliyev, Özbəkistan, Rumıniya, Tacikistan, Türkmənistan, Meksika, Braziliya, Türkiyə və Qazaxıstanın ölkəmizdəki diplomatları və səfirliklərin əməkdaşları, digər qonaqlar, mədəniyyət işçiləri iştirak ediblər.
Konsertdə “Səma” rəqs ansamblı tərəfindən Azərbaycan və Türk dünyası ölkələrinin milli rəqsləri nümayiş olunub.
Baş İdarənin rəisi İbrahim Əliyev və millət vəkili Günay Əfəndiyeva tədbirdə çıxış ediblər.
Günay Əfəndiyeva “Səma” rəqs ansamblının bədii rəhbəri Səma Sadıqovaya təşəkkürnamə təqdim edib.
Daha sonra Şüvəlan qəsəbə Mədəniyyət evi və Xətai rayon Mədəniyyət Mərkəzinin rəsm dərnəyin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Sonda xatirə şəkilləri çəkdirilib, qonaqlara Novruz xonçaları hədiyyə olunub.


























