Paytaxtdakı 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi milli mənəvi dəyərlərimizin qorunması və gənc nəslə aşılanması məqsədilə “Novruz xonçası” adlı təntənəli bayram tədbiri keçirib.

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında gerçəkləşən tədbirdə mərkəzin bədii kollektivlərinin ifasında milli rəqslər və folklor nümunələri, Novruzun rəmzləri olan Kosanın və Keçəlin iştirakı ilə maraqlı səhnəciklər, baharın gəlişini vəsf edən nəğmələr ifa olunub.

Tədbirin keçirilməsində əsas məqsəd uşaq və gənclərin yaradıcılıq potensialını üzə çıxarmaqla yanaşı, onlarda xalqımızın çoxəsrlik adət-ənənələrinə sevgi və hörmət hissini formalaşdırmaqdır.