Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi davam edir. Martın 11-də layihə çərçivəsində “Şopen musiqisinə poetik ithaflar” adlı poeziya və musiqi axşamı keçirilib.
Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Rzayevanın ifasında dahi polyak bəstəkarı Frederik Şopenin əsərləri səsləndirilib.
Poeziya ilə fortepianonun zərif dialoqu romantizm dövrünün incə duyğularını muzey məkanında yenidən canlandıraraq tamaşaçılara xüsusi musiqi ab-havası bəxş edib.
Konsert tamaşaçıların gur alqışları ilə yekunlaşıb.






















