Martın 12-də Xalq şairi, ictimai xadim Süleyman Rüstəmin (1906–1989) anadan olmasının 120 illiyi tamam olur.

Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ədinin həyat yolu və zəngin yaradıcılıq irsindən bəhs edən elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan bildirilib ki, 20-dən çox bölmədən ibarət bazada rəsmi sənədlər, Ulu Öndər Heydər Əliyevin Xalq şairi Süleyman Rüstəmin 90 illiyi münasibətilə təntənəli yubiley gecəsində söylədiyi nitqin tam mətni təqdim edilir. Elektron bazada filologiya elmləri doktoru işçisi Vaqif Yusiflinin “Süleyman Rüstəmin qəlbi Azərbaycandan ayrılmaz” məqaləsi də yer alıb. Elektron topluda Süleyman Rüstəmin kitabları, məqalələri, tərcümələri ilə yanaşı, haqqında qələmə alınan əsərlərin, dövrü mətbuat nümunələrinin siyahısı da təqdim olunur.

Elektron məlumat bazasında “Virtual kitab sərgisi”, “Fotoqalereya” və s. bölmələr də var.

“Xalq şairi Süleyman Rüstəm 120” adlı elektron məlumat bazası kitabxananın saytında yerləşdirilib.