M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında fransız bəstəkarı Moris Ravelin 150 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib.

Filarmoniyadan verilən məlumata görə, proqram bəstəkarın müxtəlif janrlarda əsərlərindən ibarət olub.

Konsertdə solistlər Fəqan Həsənli (piano), Mehriban Süleymanova (piano), Şəhla Əlizadə (arfa), Nərgiz Əliyeva (fleyta), Zərrin Əliyeva (violin), Elçin Məmmədov (piano), Zərif Kərimova (piano), Nərgiz Kəngərli (piano), İbrahim Nağıyev (violonçel) və Sura Rüfət (violin, konsertmeyster Svetlana Əhmədova) çıxış ediblər.

Bəstəkarın “Əkslər” silsiləsindən “Gecə kəpənəkləri”, “İnfantanın ölümünə yazılan Pavana”, “Ma Mère l’Oye”, violin və piano üçün Sonata №1 (a-moll), “İspan rapsodiyası”ndan “Gecə prelüdü” və “Habanera”, “Vokaliz-etüd”, “Qaraçı rapsodiyası”, “Əkslər” silsiləsindən “Okeanda qayıq” əsərləri səslənib.